Günün kuponu – 11.01.2025
Beşiktaş – Bodrumspor 1
“Qara qartallar”ın Super Liqada son qalibiyyəti “Fənərbağça” üzərində (1:0) oldu. Bu oyundan sonra sanki tilsimə düşdülər. Hətta, çempionatın autsayderi olan “Adana Dəmirspor”a məğlub oldular. Yəqin ki, bu görüş dönüş nöqtəsi olar və layiqli qələbə ilə doğma azarkeşlərini sevindirərlər.
Maynz – Bohum 1
“Maynz”ın bu mövsümki hədəfi Avropa yarışlarına qatılmaqdır. Komanda liderlər qrupunda inamla irəliləyir və 5-ci pillədə yer alır. Hətta, “Bavariya nəhəngi”ni məğlub etməyi bacarıblar. Son turlar ümumiyyətlə, doğma meydanda rəqib tanımır. “Bohum” isə, ağır günlərini yaşayır və “2-ci Bundesliqa”ya düşməyə əsas namizədlərdən sayılır. Bu matçda ev sahiblərindən inamlı qələbə gözləmək olar.
Milan – Kalyari 1
“Milan” 27 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 26 qol vurub, qapılarından 17 qol buraxıb. Nisbətən möhkəm müdafiəyə malikdir. “Kalyari” isə olduqca zəif təsir bağışlayır. Komandaların hazırkı formasını nəzərə alsaq, doğma meydanda oynayan “Milan”ı matçın favoriti saymaq olar.