Günün kuponu – 10.12.2025
Real Madrid – Mançester Siti – QOL/QOL
La Liqada son turlarda qeyri-sabit oynayan Real Madrid azarkeşlərini Çempionlar Liqasındakı çıxışı ilə sevindirməyə çalışır. ÇL-də 5 oyundan 12 xal yığan “Kral Klubu” 9-cu sıradakı Mançester Sitini 4 pillə və 2 xal qabaqlayır. “Siti”yə də liderlər qrupuna çatmaq üçün qələbə vacibdir. Tərəflərin öz aralarındakı son 11 duelindən 10-da qarşılıqlı qollar vurulduğunu da nəzərə alaraq, bu oyunda hər iki komandanın qol vuracağına mərc edirəm.
Yuventus – Pafos – 1-ci hissə – 1
Hər iki komanda 5 oyundan 6 xal qazanıb. Hərəsinin hesabında 1 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə var. Bu oyunda uduzan tərəf pley-offa çıxmaq şansını çətinə salacaq. Yuventusun turnir təcrübəsini, oyunçularının Kipr klubunun futbolçuları ilə müqayisədə səviyyəsinin daha yuxarı olduğunu nəzərə alıb, italyanların elə ilk yarıda qələbənin əsasını qoyacağını təxmin edirəm.
Qarabağ – Ayaks – QOL/QOL
Çempionlar Liqasında 5 oyunun hamısında uduzan Ayaks qapısından 16 top buraxıb, cəmi 1 qol vurub. Bununla belə, Niderland təmsilçisinin Bakıda azı 1 qol vuracağını təxmin edirəm. Qarabağın qol vuracağına isə ümumiyyətlə, şübhəm yoxdur.










