Günün kuponu – 10.12.2024
Jirona – Liverpul 2
UEFA-nın yeni reqlamentinə ən tez uyğunlaşan “Liverpul” maksimum xalla Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqəni təmin edib. Aktivində cəmi 1 xalı olan “Jirona” 30-cu pillədədir. La Liqada ötən tur “Real”a 0-3 hesabıyla uduzan meydan sahiblərinin şansları aşağı qiymətləndirilir. Heyətdə itkilərə baxmayaraq “Liverpul”un səfərdən qələbəylə qayıdacağını proqnozlaşdırıram.
Dinamo Zaqreb – Seltik 2.5 ÜST
Hər iki komandaya TOP 24-də olmaq üçün qələbə çox önəmlidir. Şotlandiya çempionatında səfərdə ardıcıl 4 qələbə qazanan “Seltik” hazırda yaxşı formadadır. Ona görə səfərdə maksimum nəticəyə oynayacağı dəqiqdir. Zaqreb təmsilçisinin hücumda inamlı heyətə malik olmasını nəzərə alaraq 2.5 Üst seçimini təklif edirəm.
Atalanta – Real Madrid 2
Çempionlar Liqasında 5 turda 2 qələbə qazanan “Real” bu nəticədən razı qala bilməz. Məhz buna görə son həftələr kral klubu yerli media tərəfindən sərt tənqid olunur. Maraqlıdır ki, indiyə qədər bütün duellərdə “Real” “Atalanta”ya qalib gəlib. Karlo Ançelottinin yetirmələrinin bu matçdan başlayaraq geridönüş edəcəyini düşünürəm.