Günün kuponu – 10.10.2025
Qazaxıstan – Lixteynşteyn 2.5 ÜST
Lixteynşteyn qitənin ən zəif komandalarından biridi. Uğursuzluqlara görə baş məşqçisini istefaya göndərən Qazaxıstan futbolçuları bu fürsətdən istifadə edib, azarkeşlərinə təsəlli verməyə çalışacaq. Zənnimcə, bol qollu oyun izləyə bilərik.
Fransa – Azərbaycan 5.5 ALT
“Oser faciəsi”nin üstündən 30 ildən çox keçsə də, azarkeşlər üçün əbədi psixoloji travma kimi qalıb. Əsas odu əksəriyyəti o zaman heç dünyaya gəlməmiş futbolçularımızın psixologiyası “Park de Prens”də qaydasında olsun. Mənə elə gəlir ki, Ayxan Abbasov bu işin öhdəsindən gələcək və komandamız Fransaya ciddi müqavimət göstərəcək. Matçda nəinki beşdən artıq qol vurulacağına, ümummiyətlə, qarşılaşmanın çoxlarının gözlədiyi qədər də məhsuldar keçəcəyinə inanmıram.
Almaniya – Lüksemburq 3.5 ÜST
Seçmə mərhələyə gözlənilmədən Slovakiyada 0:2 hesablı məğlubiyyətlə başlayan almanlar ikinci oyunda Şimali İrlandiyanı 3:1 məğlub etdi. İndi meydan sahiblərinə yalnız qələbə yox, həm də top fərqini yaxşılaşdırmaq lazımdı. Ən azı buna görə oyunun bol qollu keçəcəyini ehtimal etmək olar.












