Günün kuponu – 10.09.2025
Latviya – Farer adaları 2.5 ÜST
UEFA Millətlər Liqasında ilk turdan sonra xalı olmayan Latviya evdə cırtdan ölkənin komandasını qəbul edəcək. Farer adalarının komandası latviyalılar üçün uğursuz rəqib sayılır. İndiyə qədər 6 oyunda üz-üzə gələn rəqiblərin duelində 4 matç bərabərliklə başa çatıb. Bir oyunda Latviya qələbə qazanıb, digərində Farer adaları. Bu oyunda hər iki tərəfin qol vuracağını düşünərək 2.5 Üst seçimi üzərində dayanıram.
Albaniya – Gürcüstan QOL/QOL
İlk turda Albaniya Ukraynanı, Gürcüstan isə Çexiyanı məğlub edib. Bu oyun qrup liderliyi baxımından böyük əhəmiyyət kəsb edəcək. Albaniya yığmasının müdafiəsini qırmaq asan olmayacaq. Eyni zamanda Gürcüstanın səfərdə uğurlu statistikaya malik olmadığını unutmayaq. Hər iki komandanın meydanı qolsuz tərk etməyəcəyini düşünürəm.
Andorra – Malta 2.5 ALT
Üç komandanın yer aldığı qrupda yarışan Andorra ilə Maltanın digər rəqibi Moldova millisidir. Qonaqların heyətində təcrübəli futbolçuların olduğunu unutmaq olmaz. Malta millisini görüşün favoriti hesab edirəm. Andorranın evdə daha çox müdafiə olunduğunu nəzərə alaraq məhsuldar nəticə gözləmək olmaz.