Günün kuponu – 10.08.2025

Günün kuponu – 10.08.2025

Legiya Varşava – Katovitsa 1

Legiya hər zaman olduğu kimi Polşada qızıl medala iddialı komandalardan biridir. Mövsümün ilk iki oyununun birində qələbə qazanan, digərində heç-heçə oynayan varşavalılar çempion olmaq istəyirlərsə, belə rəqiblərlə oyunlarda xal itirməməlidirlər. Mövsümün startında qələbə üzünə həsrət qalan Katovitsa çətin ki, paytaxt klubunu da müqavimət göstərə bilsin. Düşünürəm ki, Legiya asanlıqla 3 xalı qazanacaq.

Eyüpspor – Konyaspor QOL/QOL

Arda Turanın ayrılmasından sonra komandanı Selçuk Şahinə tapşıran Eyüpsor rəhbərliyi bir sıra diqqət çəkən transferlərlə yadda qaldı. Düzdür, əsas olan meydanda göstərilən performansdır. Amma transferlə komandanın hücum potensialını gücləndirməyə hesablanıb. Eyni sözləri Konyaspora da aid etmək olar. Mövsümün ilk oyununda kimin qələbə qazanacağını ehtimal etmək çox çətindir. Lakin hər ikimi komandanın hücüm imkanlarını nəzərə alaraq, qarşılıqlı qolların vurulacağını təxmin edə bilərəm.

Brondbü – Veyle 1

Mövsümə 2 qələbə ilə başlayan Brondbü ötən tur evdə məğlub oldu. Danimarka liqasının iddialı komandalarından olan Brondbünün doğma azarkeşləri önündə ardıcıl 2 dəfə uduzacağı inandırıcı görünmür. Veyle də Brondbü ilə müqayisədə zəif təsir bağışlayır. Odur ki, meydan sahiblərinin qələbə qazanacağını ehtimal edirəm.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Benfika” “Fənərbaxça”ya cavab vermədi

Növbəti yazı

Sürpriz kupon – 10.08.2025