Günün kuponu – 10.08.2022
“Real Madrid” – “Ayntraxt” – QOL/QOL
Çempionlar Liqasının qalibi Avroliqanın çempionuna qarşı. Fikrimcə, azarkeşlər UEFA Superkuboku adına yaraşan elə super futbol da izləyəcək. “Real” matçın favoriti olsa da, Frankfurt klubunun azı bir qol vuracağını təxmin edirəm.
“Midlsbro” – “Barnsley” – 2,5 ÜST
İngiltərə Liqa Kubokunda ilkin mərhələnin – 1/64 finalın oyunu. Çempionşipdə mövsümə uğursuz başlayan “Midlsbro” (2 oyuna 1 xal) azarkeşlərin ümidini kubok görüşündə doğrultmağa çalışacaq. Qonaq komandanın da asan təslim olacağını düşünmürəm. Məncə, qarşılıqlı qollar vurulacaq, ona görə 2,5 üst variantını daha real sayıram.
“Lüzern” – “Qrasshoppers” – 2,5 ÜST
İsveçrə superliqasında 1-ci turdan təxirə salınan bu matç indi oynanılacaq. Hər iki komanda məğlubiyyətdir irəliləyir. Seriyanı qorumaq üçün var güclərini meydanda qoyacaqlar. İsveçrə liqası üçün məhsuldar oyunlar qeyri – adi sayılmadığından 2,5 üst daha optimal variant kimi görünür.