Günün kuponu – 10.07.2025

Günün kuponu – 10.07.2025

Nyumme Kalyu – Partizan Tirana – cüt şans x2

UEFA Konfrans Liqasında yeni mövsümün ilk oyunları. Estonlar meydan sahibi olsalar da, Albaniya “partizanları” bu səfərdə azı heç-heçəyə oynayacaq gücdədir. Qonaqların qələbəsi də inandığım variantdır. Amma daha “sığortalı” olsun deyə, cüt şansa mərc edirəm.

Borats Banya Luka – FC Santa Koloma – 1-ci hissə – 1

Bosniya və Hersoqovina komandasının Andorra təmsilçisi ilə görüşdə rahat qələbə qazanacağını düşünürəm. Hətta o dərəcədə ki, ilk yarını hesabda öndə bitirəcəyinə də əminliklə mərc edirəm.

Şaxtyor Donetsk – Tamperin İlves – 1-ci hissə – 1

Ukraynadakı vəziyyətlə əlaqədar Donetsk klubu Avropa Liqasında finləri Sloveniyanın paytaxtı Lyublyanada qəbul edəcək. Doğma azarkeşlərin dəstəyindən məhrum olmasına, əvvəlki güclü heyəti itirməsinə baxmayaraq Şaxtyor bu Fin klubundan səviyyəcə çox üstündür. Məncə, ilk hissdəcə ukraynalılar qələbənin əsasını qoyacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan darmadağın

Növbəti yazı

Sürpriz kupon – 10.07.2025