Günün kuponu – 10.06.2024
Qana – Mərkəzi Afrika Respublikası – 1
Afrikada Dünya Kuboku-2026-nın 1-ci seçmə mərhələsinin oyunları davam edir. Hazırda qrupda 6 komanda arasında 3-cü yerdə olan Qana millisinə növbəti seçmə mərhələyə vəsiqə verən ilk 2 sıradan birini tutmaq lazımdır. Heyəti əsasən İngiltərə və Fransanın yüksək liqalarında oynayan futbolçulardan ibarət Qaana millisi rəqibini hər cəhətdən üstələyir. Fikrimcə, onların qələbəsi gözləniləndir.
Benin – Nigeriya – 2
Dünya çempionatının seçmə mərhələsində ilk 3 oyunun hamısını heç-heçə ilə bitirən Nigeriya yığmasının qələbə qazanmaq vaxtı çatıb. Əks halda onların qrupda vəziyyəti daha da çətinləşəcək. Hazırda qrupda 6 komanda arasında 5-ci olan nigeriyalılar Benin millisinə qalib gələcəyi halda azı 3-cü yerə yüksələcək. Məncə, Nigeriya millisi bunu bacaracaq.
Uqanda – Əlcəzair – 2
Tanınmış isveçrəli məşqçi Vladimir Petkoviçin başçılıq etdiyi Əlcəzair millisi 4 gün əvvəl seçmə mərhələdə öz meydanında gözlənilmədən Qvineyaya uduzub (1:2). İndi bu qrupda 4 komandanın eyni sayda – 6 xalı var. Əlcəzairlilər onlarla eyni sayda xal toplamış Uqandanı səfərdə məğlub etməklə rəqiblərindən birini qabaqlaya bilər. Bunun üçün “Qarabağ”lı Yassin Benziya və yoldaşlarının yetərincə potensialı var.