Günün kuponu – 10.03.2025

Günün kuponu – 10.03.2025

Latsio-Udineze   qol/qol

Uzun müddətdi A seriyasında məğlub olmayan “Latsio” liderlər qrupunu izləməkdə davam edir. Hesabat turunda qələbə meydan sahiblərini ilk dördlüyə yüksəldə bilər. Hərçənd “Udineze” rəqib üçün uğursuz komandadır. Ona görə “Latsio”nun qələbəsinə mərc gəlməyi riskli hesab edirəm.

Beşiktaş-Qaziantep 1

Türkiyə çempionatında ardıcıl 4 tur qələbə qazanan “qara qartallar” indi evdə “Qaziantep”i qəbul edəcək. 2023-cü ildən indiyə qədər bu rəqiblə bacarmayan “Beşiktaş”a qələbə çox vacibdir. Əks halda meydan sahibləri liderlərən uzaqlaşa bilər. Fikrimcə bu tur meydan sahibləri uğursuz seriyaya son qoyacaq.

Boluspor-İstanbulspor  qol/qol

Türkiyə Birinci Liqasında pley-off oynamağa iddialı “İstanbulspor” Boluya səfər edəcək. Ötən beş ildə bütün matçlarda xal itirdiyi rəqib indi evdə onu qəbul edəcək. Heyətdə itkilərin olduğunu nəzərə alaraq meydan sahiblərin qələbə qazanacağını düşünmürəm. Ona görə qol/qol seçimi daha real görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Barselona”nın Rafinya planı

Növbəti yazı

Sürpriz kupon – 10.03.2025