Günün kuponu – 10.02.2025
Araz Naxçıvan – Kəpəz 1
“Araz Naxçıvan” bu mövsüm göstərdiyi oyun və nəticələrlə hamını yaxşı mənada təəccübləndirməyi bacarıb. Elmar Baxşiyevin komandası autsayderlərdən olan “Kəpəz”i qəbul edəcək. Qeyri-adi bir hadisə baş verməsə Naxçıvan təmsilçisi rahat qələbə qazanmalıdı.
Zirə – Neftçi ALT 2.5
“Zirə” etibarlı müdafiəsi ilə seçilən komandadı. Qonaqların hücum xətti də hələlik o qədər də parlaq futbol sərgiləmir. Zənnimcə, meydan sahibləri ilk növbədə öz qapısının toxunulmazlığını qorumağa çalışacaq. Belədə çox qol vurulmayacağına mərc etmək olar.
Donkaster Rovers – Kristal Pelas 2
Komandalar arasında çox ciddi səviyyə fərqi var. Sayca 4-cü liqada oynayan kollektivin Premyer Liqada çıxış edən kluba müqavimət göstərə biləcəyi o qədər də inandırıcı deyil. Bu kubok matçında qonaqların qələbəsi demək olar ki, şübhə doğurmur.