Günün kuponu – 10.02.2023
“Şalke” – “Volfsburq” 2
Uğursuz mövsüm keçirən “Şalke” Bundesliqada sonuncu – 18-ci yeri tutur. Düzdür, Helzenkirhen klubu son iki oyunda uduzmayıb. Əvvəlcə “Köln”, sonra isə “Borussiya Münhenqladbax”la görüşlər qolsuz heç-heçə ilə yekunlaşıb.
“Volfsburq” isə kubok matçını da nəzərə alssaq, 3 oyundur qələbə qazana bilmir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Niko Kovaçın komandası ilk “altılıq”dan uzaq düşmək istəmir.
Bu komandalar arasında son oyunda hesab açılmamışdı. Ötən mövsüm isə “Volfsburq” öz meydanında “Şalke”nin qapısından 5 cavabsız top keçirmişdi.
“Milan” – “Torino” 1
“Milan” artıq 7 oyundur qələbə qazana bilmir. Stefano Piolinin komandası son turda “Derbi della Madonina”da əbədi rəqibi “İnter”ə son 20 gün ərzində ikinci dəfə uduzdu.
“Torino” bu mövsüm artıq iki dəfə “Milan”ı məğlub edib. A seriyasında öz meydanında 2:1 hesabı ilə qələbə qazanan Turin klubu İtaliya kubokunda rəqibini səfərdə üstələdi – 1:0.
“Milan” ardıcıl uğursuz oyunlardan sonra turnir cədvəlində 6-cı yerə düşüb. Nəhayət ki, “rossoneri” özünə gəlməlidir, bunun üçün isə “Torino” üzərində qələbə qazanmaq gərəkir.
“AZ Alkmaar” – “Ekselsior” 1
“Alkmaar” lider “Feyenoord”dan 2 xal geri qalsa da, son 3 oyunda qələbə qazana bilməyib. Yansenin yetirmələri kubokun 1\8 finalında “Utrext”ə əlavə vaxtda uduzaraq (1:2) mübarizəni dayandırdılar.
“Ekselsior”u təhlükəli zonadan 4 xal ayırır. “Alkmaar” çempionatda iddiasını davam etdirmək üçün belə rəqibi evdə mütləq məğlub etməlidir.