Günün kuponu – 10.01.2026

Günün kuponu – 10.01.2026

Bayer Leverkuzen – Ştutqart – QOL/QOL

Bundesliqada Çempionlar Liqasına birbaşa vəsiqə verən ilk “dördlük” uğrunda amansız mübarizə gedir. Bu baxımdan 3-cü sıradakı “Bayer”lə 6-cı yerdəki “Ştutqart”ın dueli maraq doğurur. Hər iki koçanda yaxşı hücum xətinə malikdir. Öz aralarındakı son 10 oyundan 8-də qarşılıqlı qollar vurulub. Bu matçda hər iki komandanın qol vuracağını təxmin edirəm.

Alkmaar – Volendam – 1-ci hissə – 1

Niderland Erediviziyasında qış tətili başa çatdı. Ötən ilin son 2 oyununda qələbə qazana bilməyən Alkmaar autsayderlə görüşdə qələbə qazanmağa məhkumdur. Məncə, Alkmaar bu matçda artıq ilk hissədə qələbənin əsasını qoyacaq.

Qalatasaray – Fənərbağça – QOL/QOL

Əzəli və əbədi rəqiblər bu dəfə Türkiyə Superkubokunun finalında qarşılaşacaq. Superliqada bu mövsüm hər iki komanda 17 oyuna 39 qol vurub. Tərəflərin hər ikisi əla hücumçulara sahibdir. Məntiqlə qarşılıqlı qollar gözləniləndir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Qurban Qurbanov: “İddiamızdan əl çəkmirik”

Növbəti yazı

Sürpriz kupon – 10.01.2026