Günün kuponu – 10.01.2025
MC Alger – TP Mazembe ALT 3.5
Afrika Çempionlar Liqasının 5-ci turunda qarşılaşacaq komandalar məhsuldarlığı ilə seçilmirlər. Öz aralarındakı oyunlarda da azarkeşlər bol qol görə bilmir. Zənnimcə, bu dəfə də istisna olmayacaq.
Borussiya D. – Bayer L. X2
Bu qarşılaşmanı nəinki qitədə, dünyada günün matçı adlandıra bilərik. Qitənin ən möhtəşəm arenalarından birində, qitənin ən möhtəşəm azarkeş dəstəyi görən klubuna qarşı mübarizə aparıb uduzmamaq hər oğulun işi deyil. Amma Xabi Alonsonun komandası bunu bacaracaq potensialdadı. “Bayer Leverkuzen” 10 oyundu uduzmur və son 9 qarşılaşmasını ardıcıl qələbələrlə bitirib! Bu seriyanın indi qırılacağı çox da inandırıcı görünmür.
Aston Villa – Vest Hem Mərhələ keçəcək: Aston Villa
“Aston Villa” ötən mövsüm daha yaxşı çıxış edirdi. Amma indi “Vest Hem” elə vəziyyətdədi ki, çətin ki, hansısa uğurlu nəticə qazana bilsin. Son 2 oyunda 9 qol buraxan komanda baş məşqçisiz qalıb və heç də yaxşı günlərini yaşamır. Meydan sahiblərinin mərhələ keçəcəyinə mərc edirəm.