Günün kuponu – 10.01.2024
Latsio – Roma QOL/QOL
Kubok oyunu olsa da, bu derbidir! Bir-birinə güzəştə getməyən iki rəqibin qarşılaşmasında kimin qalib gələcəyini demək çətindir. Amma hər iki komandanın hücum xəttinin böyük potensialı var. Digər tərəfdən həm Latsio, həm də Roma müdafiədə problemlər yaşayır. Bunları nəzərə alaraq, hər iki komanda qol vuracaq (Q/Q) mərcini tövsiyə edirəm.
Hatayspor – Gaziantep FK 1
Mövsümə yaxşı başlayan Hatayspor Qalatasaray qələbəsindən sonra uğursuz nəticələrlə 15-ci sıraya yuvarlanıb. Turnir cədvəlində irəliləmək üçün Gazianteplə görüş əla şansdır. Düzdür, bu komandaların aralarındakı oyunlarda statistika Qaziantep desə də, tilsimi qırmağın zamanı çatıb. Zənnimcə belə də olacaq və Hatayspor qələbə qazanacaq.
Makkabi Tel-Əviv – Makkabi Hayfa 2,5 ÜST
İsrail çempionatında mövsümün oyunlarından biri. Hazırda 2-ci olan Hayfa Makkabisi bu görüşdə risk almalıdır. Çünki, lider Makkabi Tel-Əvivdən 8 xal geridə qalır. Məğlubiyyət şansı itirmək deməkdi. Ona görə də açıq futbol olacağını güman edirəm. Məncə bol qollu qarşılaşma izləyəcəyik. 2,5 üst mərci uyğun seçim olar.