Günün kuponu – 10.01.2023

Günün kuponu – 10.01.2023

“İnter” – “Parma” – 1

İki dəfə UEFA kubokunu qazanan “Parma” indi B seriyasında mübarizə aparır.

Bu dəfə “İnter” və “Parma” İtaliya kubokunun 1/8 final mərhələsində üz-üzə gələcəklər.

Simone İnzaqinin komandası lider “Napoli”ni büdrətdikdən sonra “Montsa” səfərində son dəqiqələrdə buraxılan qolla qələbəni əldən verdi – 2:2.

Meydan sahibləri matçın aşkar favoritidir.

PAOK – “Kalamata” – 1

PAOK ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəlmişdi. Ümumiyyətlə, PAOK 11 görüşdür uduzmur. Razvan Luçeskunun rəhbərlik etdiyi komanda bu matçların yalnız birində heç-heçə edib.

PAOK öz meydanında aşağı liqa təmsilçisinə çətin ki, şans versin.

“Tvente” – “Telstar” – 1

“Tvente” bu mövsüm yaxşı təsir bağışlayır. Komanda 4-cü yeri tutur və lider “Feyenoord”dan 4 xal geri qalır.

Kubokun 1/16 final mərhələsində isə “Tvente”nin rəqibi aşağı liqada alt sıralarda olan “Telstar”dır.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Azar yenidən transferə çıxarıldı

Növbəti yazı

Sürpriz kupon – 10.01.2023