Günün kuponu – 09.12.2025

Günün kuponu – 09.12.2025

Kayrat – Olimpiakos ÜST2.5

UEFA Çempionlar Liqasında autsayderlərdən sayılan iki komanda Qazaxıstanda üz-üzə gələcək. Meydan sahibləri avrokuboklar daxil ardıcıl 4 matçda meydanı qələbəsiz tərk edib. Həm çempionatda, həm də kubokda uğurla irəliləyən “Olimpiakos” səfərə ilk qələbəni qazanmaq arzusuyla yollanıb. Yunanıstan çempionatının liderininin “Kayrat”la görüşdə şanslarını daha yüksək qiymətləndirirəm. Fikrimcə bu oyunda hər iki tərəfdən qollar gözləmək olar. Ona görə üst2.5 seçimin riskli görünmür.

Bavariya – Sportinq 1

Çempionlar Liqasında ilk səkkizlikdə qərarlaşan komandalar Münhendə meydana çıxacaq. “Bavariya”da Diaz və Musialanın oyunda iştirak etməyəcəyi bildirilib. Cari mövsüm Çempionlar Liqasında etibarlı müdafiəylə seçilən Portuqaliya klubunun səfərdə hansı taktikayla oynayacağı maraq doğurur. Almanlardan evdə xal almaq çox çətindi. Buna görə meydan sahiblərinin qələbəsinə mərc etməyi məsləhət görürəm.

Araz-Naxçıvan – Kəpəz ALT2.5

Ötən tur səfərdə “Qəbələ”yə uduzan Naxçıvan təmsilçisini indi çətin mübarizə gözləyir. Növbəti xal itkisi baş məşqçi Elmar Baxşıyevin vəziyyətini çətinləşdirəcək. Hətta rəhbərliyin sərt qərarlar qəbul edəcəyi deyilir. Digər tərəfdə öz oyununu tapmağa çalışan Gəncə təmsilçisidi. Maraqlıdır ki, “Araz” “Kəpəz”ə uduzmaqla Azərbaycan Kubokunu tərk etdi. Ona görə Elmar Baxşıyev üçün bu oyun həm də revanş almaq üçün əla fürsətdi. “Kəpəz”in müdafiə futbolu oynayacağını və uduzmayacağını fikirləşirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Qarabağ”ın U-19 komandasının “Ayaks”la matçının təyinatları açıqlandı

Növbəti yazı

Sürpriz kupon – 09.12.2025