Finlandiya – Litva – 1
Ötən tur Polşaya uduzan Finlandiyanın bu oyunda qələbədən başqa yolu yoxdur. Əks təqdirdə qrupun liderləri – Niderland və Polşadan bir qədər də uzaq düşəcək, nəticədə Dünya Kuboku-2026-ya vəsiqə qazanmaq şansı əldən çıxacaq.
Malta – Niderland – 3,5 ÜST
Tərəflər arasında səviyyə fərqi aydındır. İlk dövrədə Niderland Maltaya 8 cavabsız qol vurmuşdu. Rəqib meydanında 8 olmasa da, “narıncılarin” minimum 4 top vuracağını təxmin edirəm.
Belarus – Danimarka – qonaq komanda qol buraxmadan qalib gələcək
İlk 2 turda əsas rəqibləri ilə oyunlarda qapısından top buraxmayan Danimarka millisinin qrup autsayderindən qol görəcəyini düşünmürəm. Məncə, Danimarka matçı “quru” hesabla qazanacaq.












