Günün kuponu – 09.10.2023

Günün kuponu – 09.10.2023

“Barton” – “Kembric” QOL/QOL
İngiltərə Birinci Liqasında 12-ci turun oyunları keçirilir. Turnir cədvəlinin ortalarına yaxın qərarlaşan “Kembric” autsayderlərdən sayılan “Barton”un qonağı olacaq. “Kembric” son turlarda sanki “qara zolağ”a düşüb. Meydan sahibləri isə əksinə son 4 turda inamlı təsir bağışlayır.

“Elçe” – “Andorra” ÜST2.5
Cırtdan ölkənin təmsilçisi olan “Andorra” ikinci liqada rəqib kimi autsayder mövqedədir. Hər iki komanda son üç turda cəmi 1 xal qazanıb. Bu oyunda meydan sahiblərini daha şanslı hesab edirəm.

“Vilyarreal B” – “Espanyol” ÜST2.5
Sequndada lider “Espanyol”du. 9 oyunda 20 xal toplayan qonaqlar inamlı təsir bağışlayır. Yayda La Liqanı tərk edən “Espanyol” heyətin əksər üzvlərini qorumağı bacardı. Buna görə hazırda ikinci liqada əsas favorit sayılır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Mançester Yunayted”də yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 09.10.2023