Günün kuponu – 09.09.2023
Azərbaycan-Belçika – 1-ci hissə künc zərbələri -Belçika
Milli komandamızın hər hansı bir oyun komponentində belçikalıları üstələyəcəyi real görünmür, o cümlədən kornerlərin sayında. Belçika yığmasının həm ilk yarıda, həm bütün oyun ərzində daha çox künc zərbəsi vuracağını gözləyirəm.
Şimali Makedoniya – İtaliya – 30-cu dəqiqəyə kimi qol – xeyr
Makedoniyalılar son illər İtaliya yığması üçün çətin rəqiblərdən birinə çevrilib. “Skuadra Azzurra”nın bu oyunda asan qələbə qazanacağını düşünmürəm. Fikrimcə, oyunda hesab ilk yarılm saatda açılmayacaq. Bu variantın reallaşması 1,90 əmsalla dəyərləndirilir, heç də pis əmsal deyil.
Ukrayna – İngiltərə – 1-ci hissə künc zərbələri – İngiltərə
Seçmə mərhələdə 4 matçın hamısında qalib gələn İngiltərə bu oyunun da favoritidir. Britaniyalılar futboldakı “ənənəvi silahları”ndan künc zərbələrindən məncə, yenə maksimum faydalanacaqlar. Ona görə İngiltərənin bu oyunda daha çox korner qazanacağı adi qarşılanmalıdır.