Günün kuponu – 09.06.2025

Günün kuponu – 09.06.2025

Belçika – Uels 1

Ötən oyunda Şimali Makedoniya səfərində süpriz nəticə ilə yadda qalan Belçika rəqibini məğlub edə bilməmişdi. Ona görə də Uelslə matçda xal itkisi yolverilməzdir. Bu səbəbdən meydan sahiblərinin bu dəfə səhv etməyəcəyini, Uelsi asanlıqla məğlub edəcəyini düşünürəm.

Farer Adaları – Cəbəllütariq 1

Farer Adaları üçün qrupda ən uyğun rəqib məhz Cəbəllütariqdir. Doğma divarlar arasında adalılar bu rəqibini məğlub etməyə çalışacaq. Üstəlik, Cəbəllütariq futbolçuları çətin ki, şimal havasında rəqbinə müqvimət göstərə bilsin.

Xorvatiya – Çexiya 1

Bəlkə də günün kuponunda ən riskli oyun hesab edə bilərsiniz. Lakin mən, eniş dövrünü yaşayan Çexiyanın Xorvatiya səfərində uğurlu olacağına inanmıram. Ötən oyunda Cəbəllütariq səfərində rəqibinin qapısından 7 cavabsız top keçirən xorvatlar çexləri də məğlub etmək gücündədir. Üstəlik, etopaz sizə əla fürsət təqdim edir. Seçdiyimiz hər 3 oyunda erkən uduş şansından yararlana bilərsiniz.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Gülər PSJ-nin hədəfində

Növbəti yazı

Sürpriz kupon – 09.06.2025