Günün kuponu – 09.03.2025

Günün kuponu – 09.03.2025

Tottenhem – Bornmut 1, 2,5 ÜST, kart cəmi 5,5 ALT

Günün kuponunda öz mərcinizi yarada bilərsiniz. Tottenhem bu turda Bornmutla qarşılaşacaq. Həftəiçi Avroliqada AZ Alkmaara uduzuan Tottenhemin gücünü bu qarşlaşmaya saxladığını güman edirəm. Ötən turda evdə uduzan londonlular, bu dəfə qələbə qazanmağa çalışacaqlar. Bornmut da sanki, qara zolağa düşüb. 2 turdur qələbə qazana bilməyən Bornmut çətin ki, özünə gəlsin. Bu görüşdə meydan sahiblərini daha şanslı görürəm. Digər tərəfdən, bol qollu qarşılaşma ehtimalının yüksək olduğunu deyə bilərəm. Həm Tottenhem, həm də Bornmut mövsüm ərzində intizamlı komanda təsiri bağışlayır. Odur ki, oyun ərzində vərəqə sayının 5-dən çox olmayacağına mərc etmək olar.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Haiti yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı

Növbəti yazı

Sürpriz kupon – 09.03.2025