Günün kuponu – 09.02.2023
“Əl İttihad” – “Asvan” – 1-ci hissə qol cəmi – 0,5 üst
Misir çempionatında bol qollu oyunlara çox az rast gəlinir. Amma bu komandaların öz aralarındakı bütün matçlarda azı 1 qol vurulub. Riskə gedərək qarşılaşmada hesabın ilk yarıda açılacağına mərc edirəm. Bir qol 1,41 əmsalla dəyərləndirilir, riskə dəyər.
AEK – “Olimpiakos” – 1ci hissə qol cəmi – 0,5 üst
Yunanıstan Kubokunun yarımfinal mərhələsinin ilk matçı. Tərəflərin 20 ildə son qarşılaşmaları istisna öz aralarında qolsuz oyunu olmayıb. Fikrimcə, bu görüşdə qollar olacaq və onlardan azı biri ilk hissədə vurulacaq. Əmsal isə 1,43-dür…
“Tvente” – “Ayaks” – QOL/QOL
“Tvente” sonuncu dəfə 4 ay əvvəl meydandan məğlub ayrılıb. Komanda ardıcıl 13 oyundur uduzmur. Kubokun 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan “Tvente” “doğma divarlar” amilindən istifadə edib cütün taleyini həll etməyə çalışacaq. “Ayaks” isə Con Heytinqanı baş məşqçi postuna gətirdikdən sonra 2 oyuna 9 qol vurub. Ona görə fikrimcə, bu matçda qarşılıqlı qollar gözləməyə dəyər.