Günün kuponu – 09.01.2026

Günün kuponu – 09.01.2026

Kamerun – Mərakeş 2

Afrika Millətlər Kubokuna ev sahibliyi edən Mərakeş nəinki bu matçın, turnirin də əsas favoritidir. Heyəti ulduzlarla dolu olan Mərakeş seçməsinin bu matçda qələbə qazanacığına inanıram. Düşünürəm ki, onlar cütün taleyini 90 dəqiqə ərzində həll edəcəklər.

Ayntraxt Frankfurt – B. Dortmund 2,5 ÜST

Yəqin ki, çoxları Borussia Dortmundu favorit görür. Amma mən bunun riskli ehtiomal olduğunu düşünürəm. Hər iki komandanın hücum potensialını nəzərə alaraq, matçın bol qollu keçəcəyi mərcini daha məntiqli hesab edirəm.

Əl Xlud – Əl İttihad 2

Qonaqlar aşkar favoritdir. Əl İttihad heyət baxımından da rəqibini xeyli üstələyir. Heyətində Fabinyo, Kante, Benzema kimi ulduzlar olan Əl İttihad böyük ehtimalla bu görüşdə 3 xal qazanacaq. Mərc etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Fənərbaxça”dan növbəti transfer

Növbəti yazı

Sürpriz kupon – 09.01.2026