Günün kuponu – 09.01.2025

Günün kuponu – 09.01.2025

Panachaiki – OFİ Crete 2
Yunanıstan Kubokunda ¼ final mərhələsi keçirilir. İlk oyunda 5-0 hesablı qələbə qazanan “Crete” səfərə rahat yollanıb. Aşağı liqa təmsilçisinin doğma meydanda belə şansları yüksək qiymətləndirilmir. Favorit sayılan qonaqların cavab matçında da qələbə qazanacağını düşünürəm.

PAOK – AEK Athens QOL/QOL
Yunanıstan Kubokunda yüksək dəstə təmsilçilərinin ilk duelində qonaqlar 1-0 hesablı qələbə qazanıb. Cütün taleyi cavab matçında həll olunacaq. Super Liqada 3-4-cü pillələri bölüşən komandaların yarımfinal şansları təxminən bərabərdi. Fikrimcə komandalar açıq futbola üstünlük verəcək. Məhz buna görə qol/qol seçimi üzərində dayanıram.

Real Madrid – Malyorka 1
İspaniya Super Kubokunda yarımfinal. Səudiyyə Ərəbistanında keçirilən matçda “Real” və “Malyorka” üz-üzə gələcək. Bir neçə gün əvvəl Kral Kubokunda zəif “Deportivo”ya 5-0 hesabıyla qalib gələn kral klubu sıx təqvimdə çıxış edir. Ötən oyunda əsas heyətə çox şans verməyən Karlo Ançelottinin komandasından yarımfinalda qələbə gözləyirəm. Unutmayaq ki, finalda azarkeşlərin el-klassiko izləmək şansı var.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Sabah” – “Şamaxı” matçının vaxtı bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 09.01.2025