Günün kuponu – 08.12.2024
Kəpəz – Zirə 2
Ötən tur Şamaxı səfərində sensasiyalı qələbə qazanan Azər Bağırovun komandası turnir cədvəlində son pillədən qurtuldu. Amma nominal meydan sahiblərinin heyəti gələcəyə ümidlə baxmağa imkan vermir. Daha təcrübəli və güclü “Zirə”nin qələbəsinə mərc edirəm.
Sivasspor – Qalatasaray 2
“Qalatasaray” ötən tur “Eyüpspor”a qalib gələ bilməyəndən sonra “Fənərbağça” ilə xal fərqi 3-ə endi. Sivas səfərində xal itkisi liderlik mövqeyini daha da sarsıda bilər. Buna görə də, Okan Burukun komandası var gücünü ortaya qoyub qalib gəlməlidir.
Tottenhem – Çelsi QOL/QOL
London derbisinin favoriti qonaqlardır. “Çelsi” ardıcıl 4 oyundur qalib gəlir. “Tottenhem” isə son 6 oyunda cəmi 1 qələbə qazanıb və yaxşı formada deyil. Düşünürəm ki, bu oyuna ən az riskli mərclərdən biri qol-qol olar.