Günün kuponu – 08.11.2025

Günün kuponu – 08.11.2025

Hoffenhaym – RB Layptsiq – QOL/QOL

Hər iki komanda məhsuldar oyunu ilə diqqət çəkir. Layptsiq bundesliqada 9 turda 19, rəqibi isə 18 qol vurub. Fikrimcə, tərəflərin qol seriyası bu görüşdə də davam edəcək.

Hamburq – Borrusiya Dortmund – QOL/QOL

Dortmund klubu mövsüm başlayandan bütün turnirlərdə və bütün oyunlarda qol vurub. Bu oyunda da seriyanın davam etmək ehtimalı böyükdür. Hamburg isə öz meydanında rəqiblərinə asan təslim olmur. Ona görə qarşılıqlı qollar gözləniləndir.

Yuventus – Torino – 1

Yuventus lider Napoli ilə 4 xallıq fərqi azaltmaga çalışır. “Qoca Sinyora” Turin derbisində böyük üstünlüyə malikdir. Yuve öz meydanında oynadığı son 6 Turin derbisinin 5-də “Torino”ya qalib gəlib. Məncə, bu derbini də Yuventus qazanacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Şamaxı”dan ev qələbəsi

Növbəti yazı

Sürpriz kupon – 08.11.2025