Günün kuponu – 08.08.2022
“Ankaragücü” – “Konyaspor” QOL/QOL
Konya təmsilçisi Konfrans Liqasında uğurlu çıxışlarını davam etdirir. BATE-ni turnirdən uzaqlaşdıran “Konyaspor” üçüncü təsnifat mərhələsinin ilk matçında “Vaduts”la 1-1 oynayıb. Bu görüşdə qol\qol seçiminin daha real olduğunu düşünürəm.
“Fənərbaxça” – “Umraniyespor” 1
Çempionlar Liqasında Kiyev “Dinamo”suna uduzan Fənər indi “Slovaçko”ya rəqib olub. Avropa Liqasının ilk matçında evdə 3-0 hesablı qələbə qazanan sarı lacivərdlilər görüşün favoriti sayılır. Üç il əvvəl Türkiyə Kubokunda aşağı liqa təmsilçisinə uduzan “Fənərbaxça” indi sürprizə imkan verməyəcək.
“Cenoa” – “Benevento” ALT2.5
İtaliyada mövsüm yeni başlayır. İtaliya Kubokunda erkən mərhələnin görüşündə favorit yoxdur. Bərabər səviyyəli klubların duelində “Cenoa”nın mərhələni adlayacağını fikirləşirəm.