Günün kuponu – 08.07.2023
HJK – “Lahti” – 1-ci hissə künc zərbələri -HJK
Finlandiya liqasında həmişəki kimi çempionluğa oynayan HJK autsayder “Lahti” qarşısında təbii ki, favorit sayılır. Fikrimcə, Helsinki klubu nəinki qol sayında, digər oyun komponentlərində də rəqibini üstələyəcək. O cümlədən kornerlərin sayında. Meydan sahibinin həm ilk yarıda, həm də bütün oyun ərzində “Lahti”dən daha çox künc zərbəsi qazanacağını proqnozlaşdırıram.
“Vikinq” – “Haugesund” – 1-ci hissə cüt şans 12
Norveç liqasında hazırda 4-cü sırada qərarlaşan “Vikinq”in qol saldosu “göz oxşayır”: 12 oyuna 28 qol vurub, öz qapısından 21-ni buraxıb. Belə hücum və müdafiəsi olan komandanın oyunlarından məhsuldarlıq gözləmək normaldır. Məncə, bu matçda artıq tərəflər fasiləyə yollananda hesabda bərabərlik olmayacaq.
“AİK Solna” – “Hacken” QOL/QOL
İsveçin köklü klublarından olan AİK uğursuz mövsüm keçirir. Autsayderlər qrupundan çıxmaq üçün Solna təmsilçisinə qələbə çox vacibdir. 3-cü yerdə gedən “Hacken” isə çempionluq uğrunda oynayır. Turnir cədvəli hər iki komandadan qələbə tələb edir. Məntiqlə, qarşılıqlı qollar gözləniləndir.