Günün kuponu – 08.05.2022
“Arsenal” – “Lids” – 1
“Everton”un “Çelsi” üzərindəki qələbəsindən sonra “Lids” turnir cədvəlinin 17-ci pilləsinə yuvarlanıb. Bir oyun da çox oynayıblar. Çox çətin duruma düşüblər. “Arsenal” isə ilk “dördlük”də möhkəmlənmək üçün xal ehtiyatını artırmalıdır. Son oyunlarda qələbələrlə bərabər “Arsenal” məhsuldarlıq da nümayiş etdirir. Məncə, “Arsenal” qələbə qazanacaq.
“Mets” – “Lion” 2
“Mets” turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb. Rəqib “Lion” isə 7-ci yerdədir. Son 4 oyunun hamısında “Lion” 2 qol vurub. Rəqiblərin son 10 qarşılaşmasının 8-ni “Lion” qazanıb. Fikrimcə, “Lion” bu oyunda da qələbə şansını qaçırmayacaq.
“Verona” – “Milan” 2
“Verona” İqor Tudorun baş məşqçi postuna təyinatından sonra pis təsir bağışlamır. Mübariz komanda obrazı yarada biliblər. Son 5 oyunda 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə 9-cu pillədə qərarlaşıb.
“Milan” isə çempionluğun astanasındadır. Ən yaxın izləyicisi olan əzəli rəqibi “İnter”i 2 xal qabaqlayır. Xal itkisi onlar üçün “faciəvi” ola bilər. Məncə, bu şansı “Milan” qaçırmaz.