Günün kuponu – 08.04.2022

Günün kuponu – 08.04.2022

“Poqon” – “Visla” P 1 [nowbetnow-dynamic dyn_code=1274]

Ekstraklassanın lideri yaxşı formadadı. Komanda son 4 oyunda 17 qol vurub və cəmi 1 qol buraxıb. Dörd oyundur meydanı qolsuz tərk etməyən “Visla” da zəif rəqib deyil. Amma çempionluğu hədəfləyən meydan sahiblərinin “doğma divarlar”ın da köməyi ilə xal itirməyəcəyini güman etmək olar.

“Ştuttqart” – “Borussiya” D QOL/QOL [nowbetnow-dynamic dyn_code=1273]

Ötən tur evdə “Leypsiq”ə gözlənilməz böyük hesabla 1:4 uduzan dortmundlular çempionluq yolunda ağır zərbə aldı. Amma hələlik nəzəri cəhətdən şanslar tükənməyib. Buna görə də, Marko Rozenin komandasının indidən ruhdan düşəcəyini düşünmək tezdi.
Bundesliqadakı yerini qorumaq üçün mübarizə aparan və son 4 oyunda uduzmayan meydan sahibləri 8 matçdır qol vurur, 10 oyundur isə öz qapısında qol görür.
Qonaqların seriyası daha möhtəşəmdi. “Borussiya” ardıcıl 27 qarşılaşmada meydanı qolsuz tərk etmir.
Bütün bunları nəzərə alsaq Qol/Qol məntiqli mərc kimi görünür.

“Sevilya” – “Qranada” 1 [nowbetnow-dynamic dyn_code=1272]

“Sevilya” 4 oyundur qələbə üzünə həsrətdir, son 3 matçda isə qol vura bilmir. Xulen Lopeteqinin komandası uğursuz seriyanı dayandırmaq üçün əla fürsət əldə edib və La Liqada yerini qorumaq üçün mübarizə aparan “Qranada” çətin ki, ağır səfər qarşılaşmasında xal ehtiyatını artıra bilsin.

Anar Şabanoğludan ən son “Günün Kuponu”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

İsner 38 eyslə qalib gəldi

Növbəti yazı

“Vilyarreal”ın hücumçusu Premyer Liqa klubunun hədəfində