Günün kuponu – 08.03.2025
Brayton – Fulhem QOL/QOL
Turun maraqlı oyunlarından biri deyərdim. Hər iki komandanın oyun üslubu oxşardır. Rəqiblər həm hücumda, həm də müdafiədə inamlı oyun nümayiş etdirir. Bu matçın favoritini təyin etmək çətindir. Ona görə də, ən yaxşı mərc olaraq, qol/qol-a güvənək.
Trabzonspor – Hatayspor 1
“Trabzonspor” bu matçın aşkar favoritidir. Turnir cədvəlində irəliləmək üçün 3 xala ehtiyacları var. Qonaqlar isə, demək olar ki, taleyi ilə barışıb. Super liqanı tərk etmə şansları günü gündən artır. “Trabzonspor” öz meydanında belə bir zəif komanda ilə inanmıram ki, xal itirsin. Düşünürəm ki, asan qələbələrdən biri olacaq.
Lill – Monpelye 1
“Lill” bu matçın aşkar favoritidir. Doğma meydanda oynayırlar və güclü hücum xəttinə malikdirlər. “Monpelye” də öz növbəsində son matçlarda nəinki müsbət nəticə, hətta böyük hesabla uduzurlar. Qonaqların hazırkı formasını və müdafiədəki zəif cəhətlərini nəzərə alsaq, çətin ki, “Lill”lə mübarizə apara bilsin.