Günün kuponu – 08.02.2025
Empoli – Milan 2
“Milan” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apararaq A Seriyasında 8-ci yerdədir. Qonaqlar bu mövsüm 33 qol vuraraq hücumda inamlı oyun nümayiş etdirir. “Empoli” isə qol baxımından bu mövsümün zəiflərindən hesab olunur. “Milan”ı matçın favoriti hesab edirəm və qələbəsinə mərc etməyi məsləhət görürəm.
Volfsburq – Bayer Leverkuzen QOL/QOL
“Volfsburq” Bundesliqada ən çox qol vuran 4 komandadan biridir. “Bayer” də həmin 4 komanda arasında yer alır. Hər iki tərəf hücumda mükəmməldir. Birinci dövrənin oyununda da, 7 qol (3:4) vurulmuşdur. Bütün bu göstəricilər, bu görüşün də qarşılıqlı qollarla bitəcəyindən xəbər verir.
Herta Berlin – Kayzerslautern QOL/QOL
Paytaxt klubu hal hazırda Bundesliqa 2-də 12-ci sırada qərarlaşıb. Qonaqlar isə, əsas Bundesliqaya iddialılardandır və 4-cü pillədədir. Hər iki komanda üçün çətin oyun gözlənilir. Aralarındakı görüşlər də, demək olar ki, yüksək hesablı nəticələrlə yadda qalıb. Hər iki tərəfin fərqlənməsi daha real görünür. Yəqin ki, azarkeşlər maraqlı və bol qollu oyunun şahidi olacaqlar.