Günün kuponu – 08.01.2026

Günün kuponu – 08.01.2026

Milan – Cenoa 1

“Milan” lider “İnter”dən 1 xal geri qalır və çempionluq uğrunda mübarizə aparır. “Cenoa”nın hədəfləri fərqlidi – komanda A Seriyasında yerini qorumağa çalışır. Daha güclü və daha yaxşı formada olan komandanın qələbəsinə mərc edirəm.

PSJ – Marsel 1

“Marsel” 2012-ci ildən heç bir titul qazana bilmir. Marsellilər Liqa 1-in son turunda “Velodrom”da “Nant”a uduzub – 0:2. PSJ Fransa Superkuboku uğrunda son 4 finalı qol buraxmadan qazanıb. Luis Enrikenin komandası Küveytə növbəti titul üçün gedir. Bunun üçün parislilərin hər cür potensialı var.

Arsenal – Liverpul 1

Bu ayın sonu “Qarabağ”la qarşılaşacaq “Liverpul” 4 oyunluq qələbə seriyasından sonra “Lids” və “Fulhem” heç-heçələri ilə azarkeşlərini üzdü. “Arsenal” 7 oyunluq qələbə seriyasına malikdi.
Londonlular əla formadadı və qeyri-sabit çıxış edən qonaqlarla müqayisədə 3 xala daha yaxın görünürlər.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli oldu

Növbəti yazı

Sürpriz kupon – 08.01.2026