Günün kuponu – 07.12.2025

Günün kuponu – 07.12.2025

Borussiya Dortmund – Hoffenhaym – QOL/QOL

Dortmund klubu mövsüm başlayandan bundesliqada bir oyunu belə qolsuz keçirməyib. Hoffenhaym isə son 7 çempionat matçının hamısında qol vurub. Tərəflərin öz aralarındakı son 5 duelindən 4-də qarşılıqlı qollar qeydə alınıb. Borrusiya ilə Hoffenhaymın növbəti görüşündə də qol-qol variantına mərc etmək üçün bütün bunlar yetərli deyilmi?

FC Adelaide Yunayted – Brisban Roar – QOL/QOL

“Adelaide Yunayted” Avstraliya A Liqasının arxada qalan 6 turunun hamısında, “Brisban Roar” isə 5-də qol vurub. Tərəflərin öz aralarındakı son 5 matçında da qarşılıqlı qollar vurulub. Bu görüşdə də qol-qol daha çox inandığım variantdır.

FC Nordsyaelland – Silkeborq – QOL/QOL

Hər iki komanda Danimarka Superliqasında çempionluq uğrunda mübarizə aparan ilk “altılığ”a can atır. Nordsyaelland son 2 çempionat və kubok matçında qapısından ümumilikdə 11 top buraxib. Bu oyunda azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaqlar. Silkeborq da asan təslim olan rəqib deyil. Bu səbəbdən hər iki komandadan qol gözləyirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Barselona”da 3 itki

Növbəti yazı

Sürpriz kupon – 07.12.2025