Günün kuponu – 07.12.2024
Zenit – Akron Tolyatti 1
“Zenit” son turda məğlub olmasına baxmayaraq olduqca mübariz komandadır. Qonaqlar ev sahibləri qarşısında aciz görünür. 12- ci tur və kubok oyununda “Zenit” “Akron”un qapısından ümumilikdə 10 top keçirib. Bu da o deməkdir ki, qonaqların müdafiəsi ürəkaçan deyil. Peterburqluların bu görüşdə asan qələbə qazanacağını düşünürəm.
Kayzerslautern – Karlsrue QOL/QOL
Əsas Bundesliqaya namizəd komandaların qarşılaşması deyərdim. İki komanda da matçdan qalib ayrılmaq üçün mümkün olanı edəcək. Hər ikisi açıq və hücum oyununa üstünlük verir. Demək olar ki, hər matçda da fərqlənməyi bacarırlar. Yəqin ki, bu dəfə də belə olacaq.
Bayer Leverkuzen – St. Pauli 1
Təbii ki, Alonsonun komandası bu oyunun aşkar favoritidir. Qonaqlar son turu qalibiyyətlə başa vursa da son sıraladan uzaqlaşa bilmir. Bu görüşdən sürpriz nəticə gözləmək inandırıcı deyil. “Bayer” rahat qələbə qazanacaq.