Günün kuponu – 07.11.2025
Piza – Kremonese QOL/QOL
Qələbəyə həsrət qalan “Piza” evdə “Kremonese”ni qəbul edəcək. Ötən tur evdə “Yuventus”a uduzmasına baxmayaraq “Kremonese” kifayət qədər yaxşı mübarizə sərgilədi. Bu dəfə onlar səfərdə “Piza”nın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri nəhayət uğursuzluğa son qoya bilər. Çünki “Piza” qonaqlar üçün uğursuz rəqib sayılır. Digər tərəfdən “Kremonese”də heyətlə bağlı ciddi itkilər var. Bu səbəbdən məhsuldar heç-heçə qeydə alınacağını düşünürəm.
Paris – Stad Renn ÜST2.5
Bu ildən yüksək dəstədə çıxış edən “Paris” turnir cədvəlinin ortalarında qərarlaşıb. Aktivində 4 qələbə olan meydan sahibləri qeyri-stabil çıxışıyla diqqəti cəlb edir. Son 2 turda 4 xal toplayan qonaqlar səfərdə çox yaxşı təsir bağışlayır. Fransa çempionatında ev komandası kimi tanınan “Paris”in meydanı qolsuz tərk edəcəyinə inanmıram. Ona görə üst2.5 seçimi üzərindən mərc etməyi məsləhət görürəm.
Verder – Volfsburq QOL/QOL
Həm kubokda, həm də bundesliqada son matçları uduzan “Volfsburq” səfərdə bəraət almağa çalışacaq. “Volfsburq” Bremendəki əksər matçlarda meydanı xalsız tərk etməyib. “Verder” isə evdəki oyunlarda inamlı təsir bağışlamır. Əsas heyətin 4 üzvünü itirən “Volfsburq”un məhsuldar heç-heçəylə kifayətlənəcəyini düşünürəm.












