Günün kuponu – 07.10.2025

Günün kuponu – 07.10.2025

Leyton Orient – Krouley Taun 1

İlk oyunlarını qələbə ilə başa vuran iki komandanın duelində qrup birinciliyi uğrunda çox önəmli oyun olacaq. Leyton evində oynayır və işi daha asandır. Düşünürəm ki, meydan sahibləri bu görüşü qələbə ilə başa vura biləcək.

Kardiff Siti – Nyuport Kaunti 2,5 ÜST

Öz qrupunun favoritlərindən olan Kardiff bu dəfə daha zəif rəqiblə üz-üzə gələcək. Onların qələbə əmsalı çox aşağıdır. Odur ki, bu görüş üçün sizə 2,5 üst ehtimalını təklif edirəm. Məncə, Kardiff böyük hesablı qələbə qazanacaq.

Qrimbsi Taun – Donkeyster Rovers QOL/QOL

İki bərabər səviyyəli komandanın duelində qalibin kim olacağını ehtimal etmək çətindir. Əmsallar da bunu deyir. Amma düşünürəm ki, hər iki komanda qol vura biləcək. Həm Qrimbsinin, həm də Donkeysterin hücum potensialı öz liqaları səviyyəsində çox böyükdür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Turan Tovuz”da yeni müqavilə

Növbəti yazı

Sürpriz kupon – 07.10.2025