Günün kuponu – 07.08.2024

Günün kuponu – 07.08.2024

Hakken – Payde 1-ci hissə: 1

“Hakken” rəqibindən o qədər üstündür ki, bukmekerlər isveçlilərin qələbəsinə demək olar əmsal vermir. Amma “Günün kuponu” üçün meydan sahiblərinin 1-ci hissədə qalib gələcəyinə mərc etsək, məncə, uduzmarıq.

Kopenhagen – Banik 1

Mövsümə ardıcıl 4 qələbə ilə başlayan danimarkalılar son matçda xal itirdi. 27-ci dəqiqədən azlıqda qalan “Ranners”i evdə məğlub edə bilməmək təbii ki, “Kopenhagen” azarkeşlərinin xoşuna gəlməyib. Zənnimcə, komanda toparlanıb özündən zəif rəqibi məğlub etməyi bacaracaq.

Sankt Qallen – Şlönsk Vrotslav 1

Qonaqlar bu mövsüm keçirdikləri 4 oyunun yalnız birində 60-cı dəqiqədən 10 nəfərlə qalan “Riqa”ya qalib gəlib və 3:1 hesablı qələbə Riqadakı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa bəs edib. “Şlönsk” “Ekstraklassa”da evdə “Lexiya”ya qarşı keçirdiyi oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə məğlubiyyətdən qaçıb, “Pyast”la səfər matçında isə uduzub. “Sankt Qallen”in durumu isə tam fərqlidi. İsveçrə təmsilçisi ardıcıl 4 qələbədən sonra əla əhval-ruhiyyədədir və azarkeşlərinin də dəstəyilə mərhələnin taleyini elə ilk oyunda həll edəcək gücdədi.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Mariya Stadnik 1/4 finalda məğlub oldu

Növbəti yazı

Sürpriz kupon – 07.08.2024