Günün kuponu – 07.04.2025
Araz Naxçıvan – Sumqayıt – 2,5 ALT
Ən yaxın izləyicisi “Turan Tovuz”un” Səbail”lə 0:0 oynamasından sonra 3-cü sıradakı Araz Naxçıvan Sumqayıtla oyuna nisbətən rahat çıxa bilər. Sumqayıtın hücum xətti gah həftələrlə qol vura bilmir, gah da qolları sıralayır. Araz Naxçıvanın müdafiədə etubarlı oyununu da nəzərə alsaq, bu görüşdə çox qol gözləmirəm. Tərəflərin indiyədək öz aralarında bütün oyunlarında da 2,5 alt qeydə alınıb. Məncə, “ənənə” davam edəcək.
Kasımpaşa – Beşiktaş – 2,5 ÜST
Bu komandaların oyunları adətən bol qollu keçir. Öz aralarındakı son 6 matçın hər birində azı 3 qol vurulub. Bu dəfə də “məhsuldar” oyun gözləyirəm.
Bolonya – Napoli – QOL/QOL
Lider “İnter”in Parma ilə heç-heçəsi (2’2) Napoliyə 4 xallıq fərqi azaltmaq imkanı verib. Amma qarşısında ardıcıl 6 oyundur qələbə qazanan Bolonya var. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, qarşılıqlı qollar daha real variant kimi görünür.