Günün kuponu – 07.04.2022

Günün kuponu – 07.04.2022

“Leypziq” – “Atalanta” – QOL/QOL
Avropa Liqasında 1\4 final. Meydan sahibləri barədə ətraflı danışmağa ehtiyac yoxdu. “Leypziq” son zaman çox etibarlı oyunla diqqəti cəlb edir. Bundesliqanın son turunda səfərdə “Borussiya Dortmund”a 4-1 hesabı ilə qalib gəlib. “Bayer”i mübarizədən kənarlaşdıran “Atalanta”nın daha ciddi sınaqla üzləşdiyi dəqiqdi.

“Ayntraxt” – “Barselona” – 2
İllər öncə Çempionlar Liqasında favorit olan “Barselona” indi Avropa Liqasında mübarizə aparır. Xavi tədricən istədiyi komandanı formalaşdırmağa yaxınlaşır. Ardıcıl yeddi matçda məğlub olmayan “Ayntraxt” 370 dəqiqə ərzində qapısında cəmi 1 qol görüb. İstənilən halda “Barsa”nın səfərdə qələbə qazanacağını düşünürəm.

“Feyenord” – “Slaviya” – 1
Bu komandalar qrup mərhələsində rəqib olub. Niderland təmsilçisi iki matçda 4 xal qazanıb (2-1; 2-2). Ölkə çempionatında rəqib tanımayan “Feyenord” son turlarda yalnız “Ayaks”a uduzub. Qonaqlar son oyunlarda inamlı təsir bağışlamır. Üstəlik səfərə böyük itkilərlə yollanıb.

Sənan Şəfizadədən ən son “Günün Kuponu”


Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Florenzi əməliyyat olundu

Növbəti yazı

Sürpriz kupon – 07.04.2022