Günün kuponu – 07.03.2025
Kalyari – Cenoa QOL/QOL
A seriyasında ardıcıl 3 tur qələbəyə həsrət olan “Kalyari” indi evdə “Cenoa”nı sınağa çəkəcək. Müdafiədə ciddi problemləri olan “Kalyari” doğma meydanda olmasına rəğmən açıq futbol oynamayacaq. “Cenoa” futbolçularının meydanı qolsuz tərk edəcəyinə inanmıram. Ona görə qol/qol seçimi daha real görünür.
Bodrumspor – Kasımpaşa ÜST2.5
Ümidləri doğrultmayan Bodrum təmsilçisi superliqada qalmaq uğrunda mübarizə aparır. Təhlükəli zonadan uzaqlaşmaq üçün “Bodrumspor” xal sayını artırmalıdı. Ötən 3 turda yalnız 1 xal toplayan “Kasımpaşa”nın da qələbəyə ehtiyacı var. Hər iki tərəfə qələbə çox vacib olduğundan ÜST2.5 seçiminə mərc etmək olar.
Bor. Münhenqladbax – Maynz 05 QOL/QOL
Uğurlu mövsüm keçirən “Maynz” dördüncü pillədə qərarlaşıb və önündəki “Ayntraxt”dan 1 xal geri qalır. “Borussiya” liderlər qrupuna qoşulmaq üçün xalını artırmalıdı. Amma hesabat turun meydan sahiblərinin rəqibi asan komanda deyil. Son 5 ildə “Maynz” “Borussiya”ya bir dəfə də uduzmayıb. Ona görə tərəflərin məhsuldar heç-heçə edəcəyini proqnozlaşdırmaq olar.