Günün kuponu – 07.02.2025
Al Nassr – Al Fayha İstənilən vaxt qol vuracaq: Kriştiano Ronaldo
İki gün öncə 40 illiyini qeyd edən Kriştiano Ronaldo qocalmaq bilmir.
Portuqaliyalı ulduz yubileyindən sonra ilk oyununda bunu növbəti dəfə sübüt edəcək gücdədi.
Kriştianonun istənilən vaxt qol vuracağına mərc edirəm.
Samsunspor – Hatayspor 1
Qaradəniz təmsilçisi oyunun favoritidi. Tomas Raysın komandası son matçlarda qeyri-sabit çıxış etməsinə baxmayaraq rəqibindən hərtərəfli güclüdür.
Bura doğma meydan amilini, möhtəşəm azarkeş dəstəyini də əlavə etsək, Super Liqada yerini qorumağa çalışan qonaqların perspektivləri çox dumanlı görünür.
Rayo Valekano – Real Valladolid 1
“Rayo Valekano uğurlu mövsüm keçirir. Komanda 6-cı pillədə qərarlaşıb və mövqeyini daha da möhkəmləndirmək üçün yaxşı fürsəti var.
“Real Valladolid” La Liqanın aşkar autsayderidi və Sequndaya düşməyə əsas namizəddi. Komanda səfərdə xüsusən zəif oyun sərgiləyir – bu mövsüm çempionatda keçirdiyi 11 oyunda 10 dəfə uduzub.
Favoritin qələbəsini proqnozlaşdırıram.