Günün kuponu – 07.02.2023
“Börnli” – “İpsviç” 1
Championship-də ən yaxın izləyicisini 7 xal qabaqlayan “Börnli” 1-ci yeri tutur və Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən sayılır. Lakin İngiltərədə kubok matçlarında dəfələrlə sürprizlərin şahidi olmuşuq.
İlk oyunda qolsuz heç-heçə qeydə alındığından cavab qarşılaşmasında meydan sahibləri çətin ki, qələbəni əldən versin.
“Salernitana” – “Yuventus” 2
Turin klubunun hesabından 15 xal silindikdən sonra komandada əhval-ruhiyyə yaxşı deyil. “Yuve” hazırda 23 xalla 13-xü yeri tutur. Alleqrinin komandası A seriyasında 3 oyundur ki, qələbə qazana bilmir.
“Salernitana” son görüşdə səfərdə “Leççe”ni məğlub etdi – 2:1.
Bu komandaların ilk dövrədə Turindəki oyununda “Yuventus” xal itirmişdi – 2:2. Qonaqlar üçün bu qarşılaşma həm də revanş xarakteri daşıya bilər Arkadiuş Milik zədə səbəbindən “Qoca Sinyora”ya kömək edə bilməyəcək.
“Sandhausen” – “Frayburq” 2
Komandalar arasında böyük fərq var. “Sanhausen” II Bundesliqada təhlükəli zonadadır. “Frayburq” isə Bundesliqada 6-cı yeri tutur və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. “Frayburq” son oyunda Dortmund səfərində “Borusssiya” qarşısında aciz qaldı – 1:5.
Qonaqlar kubok matçında əsas vaxtda oyunun taleyini həll etməyə çalışacaqlar.