Günün kuponu – 07.02.2023
“Latsio” – “AZ Alkmaar” ALT,25
“Latsio” UEFA Konfrans Liqasının 1\8 final mərhələsi çərçivəsində “Olimpiko” stadionunda “Alkmaar”ı qəbul edəcək.
Mauritsio Sarrinin komandası oyuna yaxşı əhval-ruhiyyədə çıxacaq. Paytaxt klubu İtaliya A seriyasının son turunda lider “Napoli”ni səfərdə 1:0 məğlub edib. Xallarının sayını 48-ə çatdıran “Latsio” hazırda turnir cədvəlində 3-cü yeri tutur. “Latsio” üçün A seriyası indi daha vacibdir, ona görə də ola bilsin ki, Sarri Niderland klubu ilə görüşdə bəzi futbolçulara istirahət versin.
“Çelsi” – “Borussiya Dortmund” QOL/QOL
“Çelsi” 6 oyunluq qələbəsiz seriyadan sonra son turda “Lids”i minimal hesabla məğlub etdi.
“Dortmund” isə son 10 matçdan qalib ayrılıb. Komanda hazırda əla formadadır. “Borussiya” öz meydanında “Çelsi” üzərində minimal hesablı qələbə qazanmışdı. Həmin oyundan sonra Edin Terziçin komandası Bundesliqada 3 matçda qalibiyyət əldə edib.
Qonaqların Londonda da fərqlənmək üçün imkanları olacaq.
“Benfika” – “Brügge” QOL/QOL
Portuqaliya klubu ilk oyunda səfərdə 2:0 hesabı ilə qələbə qazandığından cavab matçına rahat çıxacaq. Lissabon təmsilçisi çempionatda ən yaxın izləyicidi “Porto”nu 8 xal qabaqlayır.
“Brügge” daxili çempionatın son oyununda “Ostende”yə böyük hesabla uduzdu – 0:3.
“Benfika” görüşün favoriti hüsab olunsa da, qol\qola da ümid etmək olar.