Günün kuponu – 07.01.2025
Brügge – Leuven 1
Bu cütün favoriti olan Brügge bəlkə də bu matçda ehtiyat qüvvəni yoxlayacaq. Buna rəğmən meydan sahibləri yenə favoritdir. Düşünürəm ki, Brügge zəif rəqibi ilə qarşılaşmada çətinlik yaşamamalıdır. Günün kuponunda onların qələbəsinə mərc etməyə dəyər.
Krusaders – Larne 2,5 ÜST
Şimali İrlandiya liqasında cari mövsümün nəticələrinə baxanda Krusadersin evdə daha məhsuldar oynadığını görürük. Larne isə əksinə səfərdə daha yaxşı nəticələr əldə edib. Bu mövsüm Konfrans liqasında da çıxış etmiş Larnenin hücum potensialını fərqləndirmək olar. Elə meydan sahiblərinin məhsuldarlığı isə daha yaxşıdır. Bu görüşdə kimin qalib gələcəyini proqnozlaşdırmaq çətin olsa da, bol qollu qarşılaşma olacağını ehtimal edə bilərik.
Port Vale – Rekshem 2,5 ÜST
Port Vale və Rekshem komandalarının görüşündə də qalibi proqnozlaşdırmaq çətindir. Düzdür, əmsallar Rekshemi favorit göstərir. Lakin Port Vale də qələbə qazanacaq gücdədir. Bu görüş üçün də bol qollu keçəcəyi ehtimalı böyükdür. Odur ki, 2,5 üst mərcini seçə bilərik.