Günün kuponu – 06.11.2025

Günün kuponu – 06.11.2025

Bazel – FKSB 1

İsveçrə təmsilçisi bu görüşün favoritidir. Rumıniya çempionu ötən mövsümdən fərqli olaraq, bu il heç də yaxşı təsir bağışlamır. İnanmıram ki, FKSB Bazellə səfər oyununda xal ala bilsin.

Dinamo Zaqreb – Selta QOL/QOL

Dinamo Zaqreb evdə çox güclüdür. Azarkeşinin də dəstəyi ilə onlar sürpriz edə bilərlər. Bu görüşdə onların qol vuracağını ehtimal edirəm. Digər tərəfdən Selta da qol vurmağı bacaran komandadır. Odur ki, qol/qol seçimi daha məntiqli görünür.

Nis – Frayburq 2,5 ÜST

Məncə günün ən bollu qarşılaşmalarından biri olacaq. Həm Nitsa, həm də Frayburq hücuma üstünlük verir. Ehtimal edirəm ki, 2,5 üst mərci daha uyğundur.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

“Qarabağ” “Çelsi” ilə bacarmadı

Növbəti yazı

Sürpriz kupon – 06.11.2025