Günün kuponu – 06.09.2024
Lüksemburq U21 – Azərbaycan U21 Cüt şans 1X
Ötən il “Azərsun Arena”da əzmkarlıq göstərib məğlub etdiyimiz komanda ilə bu dəfə səfərdə qarşılaşacağıq. Aradan keçən müddətdə həmin qələbəni qazanmış heyətdə müəyyən dəyişiklik baş verib. Bunun komandamızın xeyrinə olduğunu düşünmürəm.
Uels – Türkiyə Cüt Şans X2
Bukmekerlər meydan sahiblərini favorit görür. Zənnimcə, iki ay əvvəl AVRO 2024-də özündən söz etdirməyi bacaran Türkiyə millisini belə asanlıqla hesabdan silmək olmaz. Qonaqların ən azı 1 xal qazancağına mərc edirəm.
Litva – Kipr Foralı Oyun Nəticəsi – 2
Kipr +2
Bu qarşılaşmada da bukmekerlər meydan sahiblərini favorit sayır. Görünür azarkeş amilinin nəticəyə təsir edəcəyini düşünürlər. Amma Kiprin heyəti daha keyfiyyətli futbolçulardan qurulub. Bunu nəzərə alıb qonaqların ən pis halda 1 qol fərqlə uduzacağını proqnozlaşdırıram.