Günün kuponu – 06.09.2023

Günün kuponu – 06.09.2023

“NEPTÜNAS” – “FK Panevejis II” – 2,5 ÜST

Litvanın həm yüksək, həm də 1-ci liqası üçün bol qollu oyunlar xarakterikdir. 1-ci liqada çıxış edən bu komandaların turnir cədvəlinə baxanda ciddi iddiası olmadığı görünür. Panevejis təmsilçisi liqada yerini qorumağa çalışır, rəqibi isə orta sıralarda “baş girələyir”. “NEPTÜNAS”ın 20 matçda 28 qol vurması, rəqibinin isə bu qədər oyunda qapısından 39 top buraxması qarşılaşmada qol sayının 2,5 üst olma ehtimalını artırır.

Malta – Cəbəllütariq – 3,5 ALT

Avropanın əsas milli komandalarının növbəti seçmə oyunlara hazırlaşdığı bu günlərdə autsayderlər yoldaşlıq görüşündə üz-üzə gələcək. Cəbəllütariqin qol vuracağına inamım azdır, Maltanın da 3-dən çox top vuracağı real görünmür. Ona görə daha “sığortalı” 3,5 alt variantı məqsədəuyğundur.

“Yuni Kollej Dublin” – “Derri Siti” – 2,5 ÜST

İrlandiya liqasında ən sonuncu yerdə qərarlaşan “Yuni Kollej Dublin” 2-ci sırada qərarlaşan “Derri Siti”ni qəbul edir. 28 oyunda 71 qol vuran “Derri Siti”dən məhsuldar oyun gözləmək üçün əsas var, çünki rəqibi 28 turda qapısında 41 qol görüb.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Gülərə La Liqadan müştəri

Növbəti yazı

Sürpriz kupon – 06.09.2023