Günün kuponu – 06.08.2024
Qarabağ Ağdam – Ludoqorets 1
“Qarabağ” avrokubok mövsümünə əla başlayıb. Komandamızın stabil heyəti var və bu il daha iddialı görünür. “Ludoqorets” zəif rəqib olmasa da, təmsilçimiz bu cütün favroitidir. “Qarabağ” iddiasını göstərmək üçün elə ilk oyundaca rəqibi məğlub etməyə çalışacaq. Doğma divarlar amili də nəzərə alınmalıdır. Məncə komandamız bunu bacaracaq!
Malmö – PAOK 2,5 ÜST
İsveç komandası evdə çox təhlükəli rəqibdir. Cütün favoriti “PAOK” olsa da, “Malmö” evdə üstün görünür. Hər iki komandanın açıq futbol oynadığını, hücuma üstünlük verdiyini söyləmək olar. Düşünürəm ki, bizi qollu oyun gözləyir. Bu matçda ən azı 3 qolun vurulacağını güman edirəm.
Lill – Fənərbaxça QOL/QOL
“Fənərbaxça” hücum etməyi və qol vurmağı bacaran komanda olsa da, müdafiəsi zəif təsir bağışlayır. Odur ki, Türkiyə təmsilçisinin “Lill”lə səfər görüşündə həm qol vuracağını, həm də qol buraxacağını ehtimal edirəm. Mərc üçün ən uyğun variant kimi qol-qol seçimini görürəm.